Vilayət Eyvazovdan yeni təyinat
22.07.2021

Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub.

Visiontv.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.