Vilayət Eyvazovdan növbəti TƏYİNAT
10.09.2019

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

VisionTV.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis-mayoru Anar Xəlilov Masallı RPŞ əməliyyat işi üzrə rəis müavini təyin edilib. Buna qədər, A.Xəlilov Masallı RPŞ istintaq bölməsinin rəisi olub.

Xəbəri Masallı Rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.