Vilayət Eyvazov iki rəis təyin etdi
30.09.2019

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

VisionTV.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmrinə əsasən, polis mayoru Elnur Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib. O, bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin DYP-nin rəisi vəzifəsində çalışıb. 

V.Eyvazovun digər əmrinə əsasən, polis mayoru Qurban Əhmədov Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.