23.011.2019
Axtar
Ölkə
alt

Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.

 

VisionTV.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Onun əvvəlki vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Eyvazov ötən gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib.

Şərh