Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxardı
21.02.2020

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Visiontv.az xəbər verir ki, yeni rəis Elvin Abbasov bu vəzifədə Zəfər Abıyevi əvəz edib. Zəfər Abıyev Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin qardaşıdır.

əmrə əsasən, polis mayoru Elvin Abbasov Regional Narkomaniya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elvin Abbasovun özü isə yeni vəzifəyə kimi baş əməliyyat müvəkkili işləyib.