Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb
21.01.2021

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən yaralanan Daxili Qoşunların hərbi qulluqçusu bu gün vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən xəbərə görə, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o bu gün şəhid olub.

Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.