Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”
27.03.2020

"Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub”.

Visiontv.az xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.

Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:

"99 nəfər barəsində konkret tədbirlər görülüb”.

oxu.az