"Vəziyyət pisləşir: Rusların hücumlarının sayı getdikcə artır".
"Vəziyyət pisləşir: Rusların hücumlarının sayı getdikcə artır".
17.05.2022 MEDİA Tərəfindən

Ruslar Luqansk vilayətinin Şimaldonetski şəhərini ələ keçirmək üçün bütün qüvvələrini bu istiqamətdə atırlar. Bu istiqamətdə rus ordusunun hücumları tez-tez baş verir.

Bu barədə Facebook-da Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib:
"Regionda ən acınacaqlı vəziyyət Severodonetskdədir. Ruslar şəhərə yaxınlaşıb onu ələ keçirmək üçün bütün güclərini sərf edirlər. Vəziyyət getdikcə mürəkkəbləşir. Düşmən hücumları və yaşayış məntəqələrinin atəşə tutulması intensivləşib".

Bundan əlavə, ruslar Severodonetsk xəstəxanasını qəsdən dağıtdılar: “Bu yolla yaralıları öldürmək, onları xilas etmək fürsətini əlimizdən alırlar”.

Qayday qeyd edib ki, işğalçılar Ukraynanın digər bölgələri ilə əlaqəni kəsərək,  Luqansk vilayətini mühasirəyə almağa çalışırlar.

O, Luqansk vilayətinin Rusiyanın işğalını cilovlamaq üçün forpost olduğunu vurğulayıb: “Nə qədər dayansaq, Qərbdən bir o qədər çox silahı alacağıq. Məsələn, İzyum şəhərini daha tez tutsaq, o zaman biz Luqansk vilayətini işğaldan azad edilməsi prosesinə başlaya biləcəyik".

Əli Əliyev

visiontv.az