21.010.2019
Axtar
Gündəlik
alt

Vətəndaşlara agac tingləri paylanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyasına start verib. Belə ki kmpaniya çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılıb.

“Report” xəbər verir ki, Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib.

ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bu gün, ümumilikdə, 10 mindən çox ağac tingi paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə paylanılıb.

Əlavə olaraq qeyd edilib ki, aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır: “İlk dəfə ağacpaylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq.

Ümumilikdə, yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin tinglik sahələrində yetişdirilən 50 000-dən çox ağac tinginin paylanması nəzərdə tutulub. Sevindirici haldır ki, ağacəkmə kampaniyaları artıq geniş vüsət alıb və kütləviləşib. Ümid edirik ki, ağacəkmə kampaniyaları getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq”.

Qeyd edək ki, bu aksiya aprelin 10-a kimi davam edəcək.

Şərh