23.08.2019
Axtar
İdman-sağlamlıq
alt

“Vətən” İdman Liseyinin təmsilçiləri ölkə birincisi olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə müxtəlif yaş qrupları arasında təşkil olunan liqaların final oyunları keçirilib.

8 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17) yarışlara qatılan “Sabah” futbol klubunun komandalarının tərkibində “Vətən” İdman Liseyinin yetirmələri uğurlu nəticə göstərib.

Belə ki, liseyin 10, 14 və 17 yaş qruplarından ibarət “Sabah” futbol klubunun yığma komandaları qızıl, 11 və 16 yaş qruplarından ibarət komandalar gümüş medal qazanıb. 15 yaş qrupundan ibarət komanda isə bürünc medala layiq görülüb.

Liseyin təmsilçiləri ümumilikdə 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq medalların əyarına görə ölkə birincisi olub. Futbol üzrə 7 təmsilçi isə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Şərh yazın