Vens: ABŞ "hazırdır və silahlanıb", amma diplomatik razılaşma əldə etməyə çalışırıq
24.05.2026

ABŞ prezidenti Donald Tramp İrana ölkəsinin "hazır və silahlanmış" olduğunu deyərək xəbərdarlıq edib. Vitse-prezident Cey Di Vens Ağ evdə jurnalistlərə bildirib ki, onlar İrana nüvə silahı əldə etməyə imkan verəcək heç bir razılaşmaya getməyəcəklər.

Vens qeyd edib ki, İranın nüvə silahına yiyələnməsi regionu silahlanma yarışına sürükləyər, bu isə dünyanı daha təhlükəli hala gətirər.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hələ də diplomatik razılaşma əldə etməyə çalışır, ancaq "tanqo oynamağa iki nəfər lazımdır".

Tərəflər arasındakı fasiləli danışıqlara toxunan Vens "əhəmiyyətli proqres" olduğunu söyləyib, iranlıların da razılaşma bağlamaq istədiyinə inandıqlarını vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi "məqsədlərinə nail olmaq" üçün hərbi əməliyyatları yenidən başlatmaq seçimini saxlayır, lakin prezident bunu istəmir.

Prezident Tramp isə bu açıqlamadan əvvəl deyib ki, diplomatik səylər Tehranla razılaşma ilə nəticələnməsə, yaxın günlərdə İrana yeni hərbi zərbələr endirilə bilər.

visiontv.az