Vaşinqtonla Bakını küsdürən Qarabağ separatçısı bu dəfə Moskvada…
04.11.2019

ABŞ-a səfər etməklə rəsmi Bakının Vaşinqtona nota verməsinə səbəb olan qondarma “Qarabağ Respublikası xarici işlər naziri” Mais Mailyan bu dəfə Moskvaya gedib.

Visiontv.az Turkustan.info-ya istinadən xəbər verir ki, o, Moskvada Qarabağdan gələn “Velans” vokal qrupunun konsertini seyr edib. Bundan başqa, “Rəqəmsal İş Dünyası” çoxfunksional kompleksində erməni rəssamların əsərlərini seyr edib.

Xatırladaq ki, rəsmi Bakı Mais Mailyanın Vaşinqtona qanunsuz asəfərinə görə səfir Örl Litzenberqerə rəsmi nota təqdim etmişdi.