Vaşinqtonda Türk Festivalı keçirilib
04.10.2021

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə Türk və xarici vətəndaşın iştirakıyla Ənənəvi Türk Festivalı keçirilib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, 965-cə ildə qurulan Vaşinqton Türk-Amerikan Dərnəyinin (ATA-DC) təşkilatçılığıyla “The Wharf” səmtində keçirilən festivalda Türk mədəniyyəti və mətbəxindən nümunələr nümayiş etdirilib. 

Osmanlı-Türk mədəniyyətini əks etdirən nümunələrin nümayiş olunduğu stendlər iştirakçıların marağına səbəb olub. Festivalda nümayiş olunan əl toxunması olan Türk xalçaları, ənənəvi Osmanlı geyimləri və çini qablar qonaqlar tərəfindən maraqla qarşılanıb. 

Ənənəvi Türk Mirası Ayı tədbirləri çərçivəsində keçirilən festivalda eyni zamanda, Türk mətbəxinin ləziz təamları iştirakçılara tədim edilib. 

İlahə Əliyeva