Vandallar, barbarlar və acizlik: Evləri yandırmaq haylara nə verəcək?
Vandallar, barbarlar və acizlik: Evləri yandırmaq haylara nə verəcək?
09.08.2022 Bəybala Mirzəyev Tərəfindən

Rusməramlıların qanadı altına sığınmış separatçı-terrorçu ünsürlərin "rəhbər"i Arayik Arutunyanın “xüsusi nümayəndəsi” Vahan Badasyan Ermənistanın “Hraparak” qəzetinə bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər yaşadıqları evləri tərk edərkən onları yandırmalıdırlar.

Bu qədər qısa və konkret bir tapşırıq!

Və yaxud, yenə də eyni ssenari, eyni koordinat...

Biz bu vəhşi qəbilənin eyni davranışını 2020-ci ilin sonlarında Kəlbəcəri tərk etdikləri zaman da müşahidə etmişdik. Onda da meşələri qırır, gorbagor olan ölülərinin qəbirlərini və sevimli unitazlarını söküb aparır, evləri isə yandırırdılar.

Aradan iki ilə yaxın vaxt keçib. Bu vəhşi qəbilə ötən iki il ərzində normal insan cəmiyyətinə çevrilmək üçün heç zərrənin ucu qədər də səy göstərməyib.

Laçında qeyri-qanuni məskunlaşan haylar da digər soydaşları kimi işğal dönəmində zəbt etdikləri evlərimizi yandırmaqla bizdən qisas alacaqlarını düşünürlər.

Separatçı rejimin “ərazi və infrastruktur naziri" Hayk Xanumyan da Laçındakı bədnam soydaşlarına elə bu cür də "yol" göstərib, deyib ki, “mənəvi qisas olaraq evlərinizi yandıra bilərsiniz””.

Baxın, ermənilərin bu addımı təkcə barbarlıq, vandallıq məsələsi deyil. Bu həm də bir acizlik nümunəsidir. 44 günlük müharibədəki məğlubiyyətdən sonra belləri qırılan, zəlil günə düşən ermənilərin mövcud durumda əllərindən bundan başqa heç nə gəlmir. Yalnız evlərimizi yandırmağa gücləri çatır. Bu da onların ruh halının nə qədər düşgün vəziyyətdə olmasının göstəricisidir.

Birdəki elə yandırmaqları məsləhətdir. Qoy yandırsınlar. Bununla həm bir daha bütün dünyaya öz vəhşi xislətlərini göstərmiş olarlar, həm də ki, murdarladıqları torpaqlarımızı, evlərimizi beləcə odla, alovla təmizləmiş olarlar.

Bəybala Mirzəyev

visiontv.az