ÜST: Koronavirusdan 2977 nəfər ölüb
02.03.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 1-nə olan məlumatı açıqlayıb.

Visiontv.az-ın xəbərinə görə, təşkilatın məlumatına əsasən, Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 87 137 (1739 yeni)

Çində: 79 968 (579 yeni)

2873 ölüm halı (35 yeni)

Çinin xaricində:

7169 yoluxma halı (1160 yeni)

58 ölkə (5 yeni)

104 ölüm halı (18 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.