ÜST: Koronavirusdan 2761 nəfər ölüb
27.02.2020

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 26-na olan məlumatı açıqlayıb.

Visiontv.az-ın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Əlcəzair, Avstriya, Xorvatiya və İsveçrədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halı qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 81 109 (871 yeni)

Çində: 78 191 (412 yeni)

2718 ölüm halı (52 yeni)

Çinin xaricində:

2918 yoluxma halı (459 yeni)

37 ölkə (4 yeni)

43 ölüm halı (9 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirməsini Çində çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir. 

APA