ÜST-dən Azərbaycana koronavirusla bağlı çağırış: Əgər əhali bunları etməsə - VİDEO
16.04.2020

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə yerləşən mənzil qərargahında dünyanın 100-ə yaxın ölkəsindən olan jurnalistlərin qatıldığı videokonfrans keçirilib.

Visiontv.az xəbər verir ki, konfransda Azərbaycanı REAL TV təmsil edib.

Təşkilatın icraçı direktoru Maykl Rayan, eləcə də sədr Teodros Adanom Gebreyesus əməkdaşımızın sualını cavablandırıb.

Təşkilatın icraçı direktoru Maykl Rayan bildirib ki, Azərbaycanda koronavirusla bağlı rəqəmlər kifayət qədər aşağıdır.

Bildirilib ki, dünya ölkələri üzrə yoluxmalar 80%-ə qədər artıb: "Azərbaycandakı son rəqəmlər müsbət halın olduğunu göstərir. Azərbaycan ehtiyat tədbirlərini davam etdirməlidir. Əhali bu ehtiyat tədbirlərinə əməl etməlidir. Bu edilməsə, stabillik pozula bilər".

 

BAKU.WS