Uşaqlarını məktəbə göndərmək məsələsini valideyinlər özləri qərar verəcək
27.08.2020

"Valideynlərin uşaqları məktəbə göndərib-gönlərməmək hüququnu tanıyırıq”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər: “Valideynlərin bu seçimini asanlaşdırmaq üçün xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncədə mütəmadi məlumatlandırmanı təşkil etməyə çalışacağıq”.