Urmu gölünə görə güneyli rejissor mükafat aldı
01.10.2024

Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradi Urmiya gölü bağlı çəkdiyi "Gölün uşaqları" filminə görə Finlandiya Film Festivalının ən yaxşı qısametrajlı film mükafatını qazanıb.

Bu barədə o özünü  sosial media hesabında paylaşım edib.

Əlimuradi qısametrajlı sənədli filmində Urmu gölü ətrafında baş verən ekoloji fəlakətdən bəhs edib.

O, filmində gölə yaxın ərazilərdə yaşayan insanların, xüsusilə uşaqların faciəli həyatını, müxtəlif xəstəliklərə yoluxduqlarını sənədləşdirib.

Rejissor Urmu gölünün quruması nəticəsində bölgənin kənd təsərrüfatının məhv olması ilə yanaşı, baş qaldıran duz fırtınaları səbəbindən minlərlə insanın ağır tənəffüs, xərçəng xəstəliklərə yoluxduqlarına diqqət çəkib.

visiontv.az