Ünvanlı sosial yardımlarla bağlı nəzərdə tutulan əsas yeniliklər açıqlanıb
05.06.2020

Sosial yardımın şərtləri yumşaldılır, əlçatanlığı asanlaşır, əhatəsi genişlənir

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, sənəddə qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.