"Ümid Taekvondo Klubu" daha bir uğura imza atdı
30.06.2022

Milli Olimpiya Komitəsinin yaranmasının “30 illik yubileyinə” həsr olunmuş Lənkəran Açıq Birinciliyinə yekun vuruldu.

Visiontv.az xəbər verir ki, 180-dək uşaq, yeniyetmə və gənc taekvondoçunun qatıldığı yarışda mükafatçılar sırasında yer alan Taekvondo üzrə ikiqat Avropa çempionu, Azərbaycan Taekvondo Federasiyasının kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, "Ümid" Taekvondo Klubunun rəhbəri, əməkdar müəllim İlkin Şahbazovun tələbələri yüksək nailiyyətlər əldə etdi. Belə ki, 11 idmançı ilə yarışa qatılan klub 9 medal qazanaraq yarışı bitirdi.

Yarışda iştirak edənlər:(Mehin Qarayeva, Rasim Adil oğlu, Esmanur Azayeva, Ayan Kərimova, Sabir Məmmədli, Nazim Məmmədov, Hüseyn Əsgərov, Kənan Balayev, Coşqun Məmmədzadə, Tahir Məmmədov,  Aişə Ağamirzəzadə)

Esmanur Azayeva-“Ümid” T.K.- 30 kq (gümüş medal)
Ayan Kərimova-“Ümid” T.K.- 33 kq (bürünc medal)
Sabir Məmmədli-“Ümid” T.K.- 27 kq (qızıl medal)
Nazim Məmmədov-“Ümid” T.K - 27 kq (gümüş medal)
Hüseyn Əsgərov-“Ümid” T.K. - 30 kq (gümüş medal)
Kənan Balayev-“Ümid” T.K.- 30 kq (qızıl medal)
Coşqun Məmmədzadə-“Ümid” T.K.- 33 kq (qızıl medal)
Tahir Məmmədov-“Ümid” T.K. +65 kq (qızıl medal)
Aişə Ağamirzəzadə-“Ümid” T.K.- 55 kq  (bürünc medal)

Qeyd edək ki, “ən yaxşı hakim” adına Vasif Qurbanov, Nigar Hacıyeva, Jalə əsədli və Aysel Qurbanova layiq görüldü.