Ukraynaya Belarus tərəfdən təxribatların ola biləcəyi barədə məlumatlar var-DİN
Ukraynaya Belarus tərəfdən təxribatların ola biləcəyi barədə məlumatlar var-DİN
02.07.2022 MEDİA Tərəfindən

Belarus tərəfdən mümkün təxribatları barədə məlumatlar var. Söhbət təxribat-kəşfiyyat qruplarının Ukraynaya ötürülməsindən gedir.

Bu barədə RBC-Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeniya Yenin telemarafonun efirində bildirib.

"Bizdə Belarusun Rusiya-Ukrayna müharibəsində iştirakı barədə məlumat var. Və bu səbəbdən bizim hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət-buraxılış məntəqələrində gücləndirilmiş xidmət rejimi tətbiq ediblər".

Eyni zamanda, o vurğulayıb ki, ukraynalılar Belarus tərəfdən hücum təhlükəsi məsələsində dezinformasiyadan kütləvi istifadə ilə üzləşirlər.

"Təəssüf ki, yerli hakimiyyət orqanlarının bəzi nümayəndələri bu dezinformasiyaya əl ataraq əhali arasında çaxnaşma yaradırlar".

visiontv.az