Ukrayna Müdafiə Nazirliyi Şoyqunu təkzib etdi: Luqansk vilayəti rusların tam nəzarətində deyil
Ukrayna Müdafiə Nazirliyi Şoyqunu təkzib etdi: Luqansk vilayəti rusların tam nəzarətində deyil
03.07.2022 MEDİA Tərəfindən

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, işğalçılar Lisiçanski alaraq Luqansk vilayətini tamamilə “azad etməyə” nail olublar. Ukrayna Müdafiə Nazirliyi bu məlumatı təkzib edir.

Bu barədə RBC-Ukrayna Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və BBC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora qəsəbələri də Rusiyanın “nəzarətinə keçib”.

"Son 24 saat ərzində azad edilən ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib", - Şoyqu bildirib.

Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Yuri Sak bildirib ki, Lisiçansk şəhəri rus qoşunlarının “tam nəzarəti” altında deyil.

Onun sözlərinə görə, şəhərdə vəziyyət “uzun müddətdir ki, çox gərgindir” və Rusiyanın quru qoşunları “şəhərə aramsız hücum edir”.

"Ukraynalılar üçün insan həyatının dəyəri birinci dərəcəli prioritetdir, ona görə də bəzən biz müəyyən ərazilərdən geri çəkilə bilərik ki, gələcəkdə onları geri qaytara bilək", - Sak deyib.

visiontv.az