Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan etdi
30.04.2019

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir

 

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs toplayıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.