Ukrayna İtaliyanın müharibənin dayandırılması ilə bağlı təkliflərini öyrənir - XİN
21.05.2022

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün İtaliyanın təklif etdiyi planı öyrənir.

Bu barədə “İnterfaks-Ukrayna” agentliyinə şərhində Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib:
"Ukrayna İtaliyanın Avropa İttifaqı çərçivəsində və ikitərəfli səviyyədə dəstəyini yüksək qiymətləndirir. İtaliya tərəfi Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirmək barədə öz baxışını bölüşüb. Hazırda biz müvafiq təklifləri araşdırırıq".

Nikolenko vurğulayıb ki, Ukrayna sülhün bərqərar olmasına yönəlmiş istənilən beynəlxalq səyləri yüksək qiymətləndirir: “İstənilən siyasi qərar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”.

Əli Əliyev

visiontv.az