Ukrayna hökuməti 1 milyon iş yeri yaratmaq niyyətindədir
18.02.2020

Ukrayna Nazirlər Kabineti 2020-ci ildə 200 min, 5 il ərzində isə 1 milyon iş yeri yaratmaq niyyətindədir.

Visiontv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk özünün “Telegram” kanalında bəyan edib.

Məlumatda qeyd olunur ki, yeni iş yerlərinin yaradılmasından əlavə hökumətin 2020-ci il üçün əsas hədəflərindən biri iş axtarmağa sərf olunan orta müddətin 3,6 aydan 2 ayadək azaldılmasıdır.

Qeyd edək ki, Ukrayna hökuməti “İnvestisiyalar vasitəsilə inkişaf” iqtisadi strategiyasını rəhbər tutur. Strategiyada nəzərdə tutulan plana müvafiq olaraq, işsizlik səviyyəsi 2020-ci ildəki 7,6 faizdən 2024-cü ildə 5,2 faizədək aşağı düşəcək, məşğulluq səviyyəsi isə 68,2 faizdən 71,4 faizədək artacaq.