Ukrayna Almaniyadan 1 milyard avro qrant alıb
Ukrayna Almaniyadan 1 milyard avro qrant alıb
02.07.2022 MEDİA Tərəfindən

Ukrayna Almaniyadan 1 milyard avro qrant alıbş Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın dövlət büdcəsinə Almaniya Federativ Respublikasından 1 milyard avro məbləğində qrant ayrılıb. Qrant vəsaitləri Beynəlxalq Valyuta Fondunun donor ölkələrdən kömək məqsədilə pul göndərilməsi üçün açdığı xüsusi inzibati hesab vasitəsilə dövlət büdcəsinə köçürülüb”.

Vəsait hərbi vəziyyət dövründə prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Qrantın alınması haqqında sazişi iyunun 24-də Ukraynanın maliyyə naziri Serhi Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Maliyyə Nazirliyi qeyd edib ki, fevralın 24-də Ukraynada hərbi vəziyyət tətbiq olunmağa başlayandan Ukrayna büdcə sisteminə maliyyə dəstəyi üçün Almaniyadan 1,3 milyard avro alıb.

visiontv.az