24.010.2019
Axtar
Maraq Dairəsi
alt

Üç çılpaq modeli yalandan həbs edən polis işdən qovuldu-VİDEO

ABŞ-da sosial şəbəkələrdə yayılan video çarx geniş rezonansa səbəb olub. Mayami polisi video çarx yayıldıqdan sonra hərəkətə keçib.

VisionTV.az Big.az-a istinadən xəbər verir ki, kadrlarda yarıçılpaq üç model əlləri qandallı halda polis idarəsinə tərəf addımlayır. Onları isə özündən razı bir polis əməkdaşı müşayət edir. Sözügedən polis əməkdaşı Uilyam Biker xidməti formada saxta həbs zamanı polis idarəsinə aparılan qızların yanı ilə addımlayır.
Kadrlardakı qızlar instaqram modelləri-Fransiya Ceyms, Culiana Kissincer və Meddi Beldir. Modellər kadrları öz səhifələrində də paylaşıblar. Fransiya eyni zamanda "Playboy" ulduzudur.
Sosial şəbəkə izləyicilərinin əksəriyyəti video çarxı tənqid edib. Bəziləri qeyd edib ki, polisə qeyri-ciddi və vicdansız insanları işə götürürlər. Bəziləri isə zarafata bu qədər ciddi əhəmiyyət verməyin vaxt itkisi olduğunu qeyd ediblər. Amma polis rəisi Bikeri işdən azad edib.

 

 

Şərh