Tvitterin işində nasazlıq yaranıb
22.09.2021

Dünyanın bir çox ölkələrində tvitterin işində nasazlıqlar müşahidə olunub. Visiontv.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Fransadan olan istifadəçilər şikayət ediblər.

Şəbəkəyə qoşulmaqda və mobil tətbiqin işləməsində problem mövcuddur.