Türkmən fəala ağır həbs cəzası verildi
09.06.2026

İranın Rəzəvi Xorasan əyalətinin Quçan şəhərindən olan türkmən fəal Rza Bəbrnəjad 6 il azadlıqdan məhrum edilib.

Bu barədə insan haqları təşklatları məlumat yayıb.

Bu həbs müddətinin isə 4 il yarımı təxirə salınıb.

Türkmən fəal "müxalif qruplara üzv olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

Qeyd edək ki, Rza Bəbrnəjadın qardaşı Mehdi Bəbrnəjad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.

Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.

visiontv.az