Türkiyənin türklərə, Rusiyanın slavyanlara münasibəti necədir?
Türkiyənin türklərə, Rusiyanın slavyanlara münasibəti necədir?
23.06.2022 Elbəyi Həsənli Tərəfindən

2016-cı ilin fevralında Türkiyənin Baş naziri Əhməd Davudoğlu (2014-2016) Qazaxıstan prezidenti (1990-2019) Nursultan Əbiş oğlu Nazarbayevlə Ankarada görüşür. Rəsmi danışqlar zamanı cənab Nazarbayevi Türk Dünyasının ağsaqqalı adlandıran Əhməd Davudoğlu Qazaxıstan prezidentinə deyir: “Ötən dəfə siz məndən soruşdunuz ki, Türkiyədə nə qədər qazax yaşayır. Mənimlə birlikdə Türkiyədə 78 milyon qazax var”...

Daha öndə isə Türkiyənin Orta Asiyadakı soydaşlarımıza münasibətini özündə əks etdirən belə bir hadisə baş vermişdi: Prezident Turqut Özal 1993-cü ilin aprelində Orta Asiyanın 5 ölkənsini əhatə edən 12 günlük Türküstan səyahətində oldu. O vaxt Turqut Özal Qazaxıstan hava limanında olarkən diz çöküdü, torpağı öpdü. Dedi ki, Türkiyə mənim vətənimdir, ancaq Qazaxıstan mənim ulu babalarımın vətənidir.

Sözümün canı o ki, Rusiya slavyan ölkələrinə qarşı imperilaist yanaşma nümayiş etdirir. Türkiyə isə türk dövlətlərinə sevgi və sayqı göstərir. Ona görə də Rusiyanın slavyan dünyasında elə bir dəstəyi yoxdur, Türkiyəni isə bütün türklər sevir...

Bu mənada, İlham Əliyevin Özbəkistana səfəri alqışa layiqdir. Özbəkistan Türkiyədən sonra əhalisinin sayına görə ən böyük türk dövlətidir. Düzdür, bizim sayımız özbəklərlə aşağı-yuxarı eynidir. Ancaq biz parçalanmış xalqıq...

Ümumiyyətlə, Türkiyə və Azərbaycanın Orta Asiya türklərinə xüsusi diqqət ayırması, onlarla iç-içə olmağa cəhd göstərməsu təqdir olunmalıdır. Və bu, Türk Dünyasının bir araya gəlməsini sürətləndirir...

Sirr deyil ki, Rusiyanın parçalanma ehtimalı son dərəcə yüksəkdir. Bu halda ya Rusiya Çinin nəzarətinə keçəcək, ya da Türkiyə türklərin yaşadığı ərazilərdəki xalqları bir bayrağın altında birləşdirəcək...

Əlbəttə, Çin çox güzlüdür. Ancaq Türkiyənin şansı bu məsələdə daha üstün görünür. Belə ki, Türkiyə ilə xoş münasibətdə olmayan Qərb hadisələrin belə bir ssenari ilə inkişadında rəsmi Ankaraya dəstək vermək zorunda qala bilər. Çünki Qərb Çini özünə daha böyük təhlükə hesab edir...

Biz bütün ssenarilərə hazır olmalıyıq...

Bir şeydi də deyim. Prezidentin Özbəkistan səfəri zamanı özbək türkcəsini də məmnuniyyətlə dinlədim. Nə qədər doğma və şirin bir dil. Bizim Azərbaycan olaraq üstünlüyümüz ondadır ki, biz həm Türkiyə türkcəsini, həm də Orta Asiya, xüsusən Özbəkistan və Türkmənistan türkcələrini daha yaxşı başa düşürk...

Elbəyi Həsənli

visiontv.az