1.04.2020
Axtar
Gündəlik
alt

Türkiyənin şərqində baş vermiş zəlzələdə yaralananların sayı 50-yə yüksəlib

Türkiyənin şərqində Van bölgəsində baş vermiş zəlzələdə yaralananların sayı 50-yə yüksəlib.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Qoca deyib.

“Van bölgəsində Başkalda zəlzələdən zərər çəkənlərin hamısına lazımi tibbi yardım göstərilib. Bəzi xəstələr üzərində cərrahi əməliyyat edilib. İki xəstə hazırda reanimasiyadadır”, - deyə nazir bildirib.

Qeyd edək ki, İran-Türkiyə sərhədində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Təbriz şəhərindən 141 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 71 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

İranda baş verən zəlzələ nəticəsində 75 nəfərin yaralandığı bildirilir. Türkiyənin Van bölgəsində isə 9 nəfər zəlzələnin qurbanı olub.

Şərh