Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.
***
16:29
Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.