Türkiyənin jandarma snayperləri milli avtomatla məharətlərini nümayiş etdirib
Türkiyənin jandarma snayperləri milli avtomatla məharətlərini nümayiş etdirib
02.12.2022 MEDİA Tərəfindən

Türkiyənin İzmir şəhərində Jandarma Komando və Jandarma Xüsusi Hərəkat batalyonlarında çalışan 168 snayper yerli, milli silah və sursatlarla yarışıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Jandarma Baş Komandanlığı tərəfindən Foça Jandarma Komando Təlim Komandanlığında 21-26 Noyabr tarixlərində “Boran-4” Snayper Yarışı keçirilib.

Snayperlərin peşəkar mədəniyyətinin formalaşdırılması, mənəviyyatının, motivasiyasının və özünəinamının artırılması, ekspert kadrlar arasında təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin quruma mənsubiyyət hissini inkişaf etdirilməsi, Türk müdafiə sənayesinin snayperçilik sahəsində çatdığı son nöqtəni şəxsi heyətin nəzərinə çatdırmaq məqsədiylə bu il 4-cüsü təşkil edilən yarışda tamamilə milli və yerli istehsal olan “BORA-12” Snayper avtomatı və onun sursatlarından istifadə edilib.

Müsabiqədə ilk üç yeri tutan şəxsi heyətə mükafatlar təqdim olunub.

İlahə Əliyeva