Türkiyənin Ermənistanın yardımına ehtiyacının olmadığı, hətta ermənilərin özünə də bəllidir
Türkiyənin Ermənistanın yardımına ehtiyacının olmadığı, hətta ermənilərin özünə də bəllidir
15.02.2023 Elçin Mirzəbəyli Tərəfindən

Ermənistandan Türkiyəyə göndərilən bir neçə nəfərdən ibarət xalisadecilər qrupunu və yardımı rəsmi İrəvanın qardaş ölkəyə münasibətdə atdığı “humanist addım” kimi dəyərləndirmək kökündən yanlışdır.

Ermənistan xilasedicilərinin və bu ölkədən göndərilən yardımın Türkiyəyə buraxılması, rəsmi Ankaranın Ermənistana münasibətdə sərgilədiyi humanist davranış və İrəvanın Türkiyədə baş verən zəlzələnin fonunda nəzərə çarpan misli görünməmiş beynəlxalq həmrəylik və yardımlaşma hərəkatında yer almasına imkan yaratmaqdır.

Türkiyənin Ermənistanın yardımına ehtiyacının olmadığı, hətta ermənilərin özünə də bəllidir. Baxmayaraq ki, Ermənistanda keçirilən sorğular, erməni toplumunun əhəmiyyətli hissəsinin insani hisslərdən, mərhəmətdən tamamilə uzaq olduğunu nümayiş etdirir... Bu toplumu islah etmək çətin olacaq, çox çətin və bəlkə də heç mümkün olmayacaq.

Siyasi şərhçi Elçin Mirzəbəyli

visiontv.az