Türkiyənin düşmənləri ABŞ-dan yardım istədi
02.05.2019

YPG terror təşkilatının daxil olduğu "Suriya Demokratik Gücləri”nin siyası qanadı "Suriya Demokratik Şurası” Astana müzakirələrində iştirak etmək üçün ABŞ-dan yardım istəyib

YPG terror təşkilatının daxil olduğu "Suriya Demokratik Gücləri”nin siyası qanadı "Suriya Demokratik Şurası” Astana müzakirələrində iştirak etmək üçün ABŞ-dan yardım istəyib.

 Visiontv.az xəbər verir ki, bu haqda "Suriya Demokratik Şurası”nın sözçüsü Bassam Şaker bildirib.

Türkiyənın etiraz etməsi səbəbiylə Astana formatında aparılan danışıqlara cəlb olunmadığını deyən Şaker danışıqların bir parçası olmalı olduqlarını deyib.

"Türkiyənin vetosu üzündən kimsə bunu qəbul etmir. Bu, Konstitusiya Komitəsi üçün vacibdir. Komitədə olmadığımız üçün də bu komitənin problemləri heç bir zaman həll etməyəcəyini düşünürük”, - o əlavə edib.

Qeyd edək ki, Astana formatında Türkiyə, Rusiya və İran təmsilçiliyi ilə Suriya münaqişəsinin həlli üzrə danışıqlar aparılır. Ankara YPG-ni PKK terror təşkilatının Suriya qanadı hesab edir və onun Suriya üzrə danışıqlarda iştirakına qarşı çıxır./publika.az