Türkiyənin Diyanət işləri başqanı Şuşada azan verdi
28.10.2021

Türkiyənin Diyanət işləri başkanı Ali Erbaş Şuşanın Yuxarı Gövhər Ağa məscidində azan verib.

Visiontv.az xəbər verir ki, bununla bağlı Ali Erbaş məlumat paylaşıb.

"Qarabağın qəlbi qədim Şuşa şəhərində işğaldan azad olunmasının simvolu olan Yuxarı Gövhər Ağa məscidində azan oxumaq bizlərə də nəsib oldu. Allah coğrafiyamızı qiyamətə qədər İslam xoşbəxtliyindən və azan səslərindən məhrum etməsin", - deyə paylaşımda bildirilir.