Türkiyənin 31 şəhərində iki gün küçəyə çıxmaq qadağan olunub
11.04.2020

Türkiyənin 30 böyük şəhərində və Zonquldak bölgəsində bu gecədən etibarən küçəyə çıxmaq qanunla qadağan edilib.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin ötən gün yaydığı açıqlamasında bildirilib.

Qadağa 12.04.2020 tarixi gecə saat 00:00-dək davam edəcək.