Türkiyədən Yunanıstana keçmək istəyən 11 terrorçu saxlanılıb
15.10.2021

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə çalışan 8-i FETO, 2-si PKK və 1-i İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi (DHKPC) üzvü olmaqla 11 terrorçu saxlanılıb.

Visiontv.az Anadolu Agentiyilinə istinadən xəbər verir ki, Türkiyənin Ədirnə vilayətində xidmət edən Hüdud Qartalları, Yunanıstan sərhəddindən qeyri-qanuni keçməyə cəhd edənlərlə mübarizəsini davam etdirir.  

Türkiyə Müdafiə Nazirliyi sosial media hesabından verdiyi açıqlamada, son 4 gündə Türkiyədən Yunanıstana qnunsuz yollarla keçməyə cəhd edən 11 nəfərin saxlanıldığını bildirib. 

Saxlanılanlardan 8-i FETO, 2-si PKK və 1-i İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsinin (DHKPC) üzvü olduğu müəyyənlləşib. 

İlahə Əliyeva