Türkiyədə zəlzələdə ölənlərin sayı 41 nəfərə çatıb
27.01.2020

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Elazığda 37 nəfər, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb.

 

İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.