Türkiyədə yenidən komendant saatı tətbiq ediləcək
28.04.2020

"Türkiyədə vətəndaşların küçəyə çıxmasına qadağanı Ramazan bayramınadək tətbiq etməyi planlaşdırırıq".

Visiontv.az-ın Türkiyə mətbutına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu nüddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək.