Türkiyədə “Qış Təlimi-2023” çərçivəsində helikopter dəstəkli hava əməliyyatı həyata keçirilib
Türkiyədə “Qış Təlimi-2023” çərçivəsində helikopter dəstəkli hava əməliyyatı həyata keçirilib
01.02.2023 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələrinin (TSK) təşkil etdiyi Cümhuriyyət tarixinin ən geniş iştirakçı ilə keçirilən “Qış Təlimi-2023” çərçivəsində hava dəstəkli sızma əməliyyatı həyata keçirilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təlim sahəsinə aparılan mətbuat nümayəndələrinə ərazidə dislokasiya olunmuş bölmələrin fəaliyyəti barədə məlumat verilib.

Təlimdə ASELSAN tərəfindən hazırlanmış “Yanğın İdarəetmə Məlumat Sistemləri” ilə atış əmrləri asanlıqla hesablanan hədəflər tam zərbə ilə vurulub, zirehli tank əleyhinə avtomobillə isə CİRİT raketi atılıb.

Təlimdə iştirak edən ölkələrin xüsusi təyinatlılarından ibarət komandalarla 2 “Atak” hücum helikopteri, 3 “Cougar” helikopteri və 2 “S-70” helikopterinin iştirakı ilə hava dəstəkli sızma əməliyyatı həyata keçirilib.

İlahə Əliyeva