Türkiyədə qaya tırların üzərinə düşüb – 1 soydaşımız həlak olub
Türkiyədə qaya tırların üzərinə düşüb – 1 soydaşımız həlak olub
01.07.2022 MEDİA Tərəfindən

Türkiyənin Artvin vilayətində torpaq sürüşməsi nəticəsində qaya kütlələri magistral yolla hərəkət edən tırların üzərinə düşüb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, qaya kütlələrinin 4 tırın üzərinə düşdüyünü bildirilib. 

Artvin icra nümayəndəliyindən verilən yazılı açıqlamada, ilkin ehtimallara görə hadisədə 1 Azərbaycan vətəndaşının öldüyü, 1 nəfərin isə yaralandığı qeyd edilib.

Hadisə yerinə xilasetmə dəstələri və təcili yardım dəstələri cəlb edilib. 

İlahə Əliyeva