Türkiyədə qar uçqunundan 38 nəfərin cəsədi çıxarıldı
06.02.2020

Türkiyənin Van-Baxçasaray avtomobil yolunun 33-cü kilometrliyində baş vermiş iki qar uçqunu zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

Visiontv.az-ın "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qar uçqunu zamanı həyatını itirənlərdən 11-i hərbçi, 8-i mühafizəçi, 3-ü xilasedici, 2-si yol polisi, biri “isə TürkSell” rabitə şirkətinin əməkdaşıdır.

Türkiyənin Səhiyyə Nazirliyi açıqlayıb ki, hazırda həkim nəzarətində olan 47 yaralı var və onlardan altısının vəziyyəti ağırdır.