Türkiyədə neft tankeri partlayıb
Türkiyədə neft tankeri partlayıb
02.12.2022 MEDİA Tərəfindən

Türkiyənin Samsun şəhərində neft tanker partlayıb.

Visiontv.az CNN Türk-ə istinadən xəbər verir ki, Samsun Limanı ərazisində səhər saatlarında naməlum səbəbdən neft tankerində partlayış baş verib. Partlayışdan sonra yanğın baş verib, qara tüstü səmaya qalxıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

Samsun Valiliyindən partlayışla bağlı verilən açıqlamada, “Saat 11.15 radələrində Samsun Limanında gəmilərdən götürülən tullantı yağların saxlandığı yanacaq çənlərinin birində qızma nəticəsində partlayış, daha sonra yanğın baş verib. Qısa müddətdə xilasetmə qrupları tərəfindən yanğın söndürülüb. Ölən və yaralanan yoxdu" deyə bildirilib. 

İlahə Əliyeva