Türkiyədə meşə YANĞINI
Türkiyədə meşə YANĞINI
22.06.2022 MEDİA Tərəfindən

Türkiyənin Muğla vilayətinin Marmaris səmtində gecə saatlarında meşə yanğını başlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 20 helikopter və 14 təyyarə səmanın işıqlandırılması ilə yanğına müdaxilə etməyə başlayıb.

Gecə saatlarında qurudan müdaxilə edilən yanğına 363 texnika və 39 tikinti texnikası cəlb edilib.

Türkiyə Kənd Təsərrüfatı və Meşə naziri Vahid Kirişçi və Daxili İşlər Naziri Süleyman Soylu helikopterlə yanğın bölgəsini nəzərdən keçirib. 

İlahə Əliyeva