Türkiyədə daha bir zəlzələ - İnsanlar küçələrdə gecələdi
26.02.2020

Bu gün Türkiyədə yenə güclü zəlzələ baş verib.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar gecə saatlarında Malatyada qeydə alınıb. Zəlzələ 12,1 km dərinlikdə, 4,9 bal gücündə qeydə qeydə alınıb. Yeraltı təkanlar sakinlər tərəfindən hiss edilib. Bu səbəbdən də insanlar küçəyə axın edib.

Onlar qorxusundan evlərinə qayıtmayıblar və gecəni küçələrdə keçiriblər.

Qeyd edək ki, yanvarın 24-də Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.