Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Visiontv.az NTV telekanalına istinadən xəbər verir ki, Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu Afyonkarahisarın Dinar Haydarlı yaşayış məntəqəsi yaxınlığında aşıb.
Qəza nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları göndərilib.
APA