Türkiyənin Van bölgəsinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olub.
Visiontv.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 13.03-də yerin 7 km dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.