Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qrupu dəstələri bazar dəyəri 1 milyon lirə olan saxta etiketli 1800 butulka içki aşkarlayıb.
Visiontv.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, polisin apardığı araşdırmalar nəticəsində Marmarisə qeyri-qanuni yollarla içki gətirən şəxs həbs edilib.
Marmaris polisi ətraf rayonlardan gətirilən saxta içkilərin istehsal edildiyi yerləri müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya start verib.
İlahə Əliyeva